Emin Saqiyev 25-ci gün aclığı dayandırıb

Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Emin Saqiyev 24 gün aclıq etdikdən sonra sentyabrın 11-də vəkili Bəhruz Bayramovla görüşündən sonra aclığı dayandırıb.

Vəkil B.Bayramov Turan-a bildirib ki, E.Saqiyev onun təkidli xahişlərindən sonra aclığı dayandırıb.

Vəkilin sözlərinə görə, sentyabrın 12-də o, Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti verəcək. Bundan başqa vəkil və E.Saqiyevin ailə üzvləri Əfv Komissiyasına müraciət edəcəklər.

Aclıq nəticəsində E.Sagiyev çox zəifləyib, çəki itirib və çətinliklə. Vəkil qeyd edib ki, E.Saqiyev aksiyanı müvəqqəti olaraq dayandırıb və yaxın zamanlarda azad edilməsə, aclıq aksiyasını bərpa edəcək.

Xatırladaq ki, E.Saqiyev 2017-ci ilin noyabrında həbs olunub. 2018-ci ildə isə külli miqdarda narkotik maddə alveri ittihamı ilə 7 il müddətinə mühakinə edilib. Amma yerli hüquq müdafiəçiləri əmindirlər ki, E.Saqiyevi qohumu, siyasi mühacir Türkel Azərtürkün jurnalist fəaliyyətinə görə cəzalandırıblar. Sonuncu artıq bir neçə ildir ki, Avropada yaşayır və “Azərbaycan satı” İnternet resursunda Azərbaycan hakimiyyətini kəskin tənqid edib.

Avqustun 18-də Ali Məhkəmə onun barəsində hökmdən kassasiya şikayətini təmin etmədikdən sonra E.Saqiyev aclıq aksiyasına başlamışdı.