Elvin Mürvətoğlunun yeri məlum oldu

Dünən (13 mart) günorta saatlarında evdən məscid getmək üçün çıxan və daha sonra əlaqə saxlanılması mümkün olmayan Müsəlman Birliyi Hərəkatının üzvü Elvin Mürvətoğlundan xəbər var.

 

Elvin Mürvətoğlunun Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

 

Bu barədə Müsəlman Birliyi Hərəkatının rəsmi facebook səhifəsində yazılıb.

 

MBH bəyan edir ki, Elvin Mürvətoğlundan xəbər ala bilmədikləri üçün ailə üzvləri rəsmi olaraq dövlət qurumların müraciət ediblər:

 

“Bu gün (14 mart) ailəsinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Elvinin onlar tərəfindən saxlanılması haqqında məlumat versələr də, onun hansı səbəbə görə saxlanıldığını bildirməyiblər. Ailəsi və yaxınları baş verən hadisədən narahatdır. Məsələni diqqətimizdə saxlayırıq və yeni xəbərlər olduqca bu barədə ictimaiyyətə məlumat verəcəyik”.