Eldəniz Quliyev Avropada müzakirələrə başlayır

Eldəniz Quliyev Avropada müzakirələrə başlayır

Azərbaycan Ziyalılar Birliyinin sədri, "İslam Mәhbuslarının Müdafiә Komitәsi"nin hәmsәdri, kinodramaturq, rejissor Eldəniz Quliyev Avropada sәfәrdәdi.

O, Avropada yaşayan bir çox azәrbaycanlı mühacir vә siyasi fәallarla intensiv danışıqlar aparır. Bu barədə o, özü vetenugrunda.az-a məlumat verib: "Günahsız hәbs olunmuş inanclı kәsimin daha effektli müdafiәsini tәşkil etmәk mәqsәdi ilә aparılan bu danışıqların nәticәsi olaraq, beynәlxalq tәşkilatlar siyasi vә vicdan  mәhbusu statusu almış dindarların hazırkı durumu barәdә mәlumatlandırılırlar. Başda hacı Mövsüm Sәmәdov vә hacı Tale Bağırzadə olmaqla, digәr inanclı mәhbusların real durumu vә onların azad edilmәsi yolları aranır, müzakirә edilir."

Eldəniz Quliyev bu yöndә görüşlәrin Almaniyada, Hollandiya, Çexiya vә Fransada da keçirilәcәyini bildirib.

Facebook