Elçin Qasımlının BMCMİ-yə çağrılma səbəbi məlum oldu

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin sədri Elçin Qasımlının və hərəkatın 2 üzvünün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunma səbəbi məlum olub.

 

Bu barədə Elçin Qasımlı öz facebook hesabında yazıb:

 

"Əziz dostlar BMCMİ ə çağırılmağımızın səbəbi, 26 noyabr Nardaran hadisələrinin il dönümüylə bağlı qapalı məkanların birində nəzərdə tutulan ehsan süfrəsi ilə bağlı idi. Beləki idarədə rəsmi olaraq həmin tədbiri keçirəcəyimiz halda, mərasim keçirilən məkana polisin sərt müdaxiləsinin olacağını bildirdilər. Birdə maraqlı da olsa qeyd etdilər ki, ehsan süfrəsi mərasimi təşkil etmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə MBH adından rəsmi müraciət edilsin. Təəccüblüsü odur ki, qapalı şəraitdə, həmdə şəhidlərin anım mərasimi, ehsan süfrəsinə görə rəsmi müraciət olunmasının istənilməsi bir ilk kimi yaddaşlara həkk olundu. Hər halda biz MBH olaraq bir daha bəyan edirik ki, təşkil etdiyimiz mərasim və tədbirlər sivil qaydada, qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilir".

 

Elçin Qasımlı həm də dəstək olan hər kəsə təşəkkür etdiyini də sözlərinə əlavə edib.