El-Salvador Prezidenti Bukele: Biz quldur dəstələrə qarşı müharibəni gücləndirəcəyik

El-Salvador prezidenti Bukele deyir ki, quldur dəstələrə qarşı müharibə daha da böyüyəcək.
Operativ.tv CUMHURİYET-ə istinadən xəbər verir ki, El-Salvador prezidenti Nayib Bukele mətbuat konfransında dəstə üzvlərinin Santa Ana şəhərinin qərbində Milli Mülki Polis (PNC) komandasına hücum etdiyini açıqlayıb.
Nayib Bukele quldur dəstələrinin hücumu nəticəsində 3 polisin öldüyünü bildirərək, silahlı qruplara qarşı müharibənin daha da şiddətlənəcəyini bildirib.