Ekvadorda qar uçqunu uçması nəticəsində ən azı 4 nəfər ölüb

Çimborazo vulkanının yamacından qar uçqunu nəticəsində azı 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Agence France-Presse agentliyi xilasetmə xidmətinə istinadən xəbər verib.

Məlumata əsasən, hadisə Ekvadorun Çimboraso vilayətində baş verib.

Bildirilib ki, hadisə zamanı yamacda 12 nəfər olub:

"Hadisə yerində cavab qrupu işləyir, xilasetmə əməliyyatında polis helikopteri iştirak edir".