Ekspert: "Sərsəng su anbarı əhali üçün ciddi təhlükə yaradır"

"Hazırda Sərsəng su anbarının əhali üçün ciddi təhlükəsi vardır, dağılma ehtimalı olan yerləri seysmoloji-geofiziki üsullarla öyrənilməlidi, qabaqlayıcı mühəndisi texniki tədbirlər görülməlidir".

 

Bunu dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzininin baş direktoru, müxbir üzvü Qurban Yetirmişli mətbuata açıqlamasında bildirib.

 

"Sərsəng su anbarı respublikanın altı rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. İndiyə kimi su anbarının bəndinə və onun qurğularına texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətdədir" - deyə mütəxəssis qeyd edib.  

 

Onun sözlərinə görə, hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda ekoloji tarazlığın təmin olunmasında mühüm addımlar atılır.

 

"Biz qazandığımız təcrübəni yaxın perspektivdə Sərsəng, Suqovuşan su anbarlarında tətbiq edəcəyik. İşğaldan azad edilən ərazilərdə seysmik-geofiziki tədqiqatların aparılması üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları çox böyük təcrübəyə və texniki potensiala malikdir”, - deyə o vurğulayıb.