Düşmən məhv ediləcək!

Operativ.tv Rasthaber -ə istinadən xəbər verir ki, Hizbullah Siyasi Şurasının sədri Seyid İbrahim Əmin əl-Seyid Hizbullahın yaranmasının 40-cı ildönümü münasibətilə etdiyi çıxışda deyib: “Gələcək müharibə müqavimət düşmənlərini tamamilə məğlub etmək üçün bir fürsət olacaq. İndi artıq Amerikanın, təkəbbürlü ölkələrin, satqınların və düşmənlə müttəfiqlərin deyil, müqavimət və müqavimət döyüşçülərinin vaxtıdır. Bu, sionist rejimin sonunun başlanğıcıdır. Müqavimət hərəkatını İslam və İslam İnqilabının içindən, İmam Xomeyninin gözü ilə və çağırışların qəlbindən başladı. Biz 1982-ci ildən bəri sionist rejimin saysız-hesabsız çətinlikləri ilə üzləşmişik. Son dörd onillikdə biz ayağa qalxmışıq və sionist rejimin hiylə, planlarına qarşı amansız müqavimət göstərmişik. Biz gələcəyimizə əminik və bayrağımızı pak və dindar insanlara çatdıracağıq. Biz tarixi olan xalqıq və bu keçmişimiz gələcəyimizi formalaşdıracaq. Müqavimət düşmənlərinin beynəlxalq, maddi, siyasi və media dəstəyinə baxmayaraq, bu rejim özü üçün ekzistensial təhlükəni qəbul edir”.

Hizbullah hərəkatının media ilə əlaqələr üzrə məsul işçisi daha əvvəl “Hizbullahın ildönümü qeyd etmələri iyunun 20-də başlayıb və bu bayramlar 20 avqust 2022-ci ilə qədər müxtəlif sahələrdə, o cümlədən mədəni, incəsənət və sosial sahədə keçiriləcək. Bu proqramlarda Hizbullah katibi, General Seyid Həsən Nəsrullah da çıxış edəcək”-deyə bildirmişdi.