Dünyada ən çox ziyarət olunan şəhərlərin adı açıqlanıb

Turist axınının azalmasına baxmayaraq Honq Konq dünyanın ən çox ziyarət olunan şəhərlər arasında lider mövqeyini qoruyub.

 

Bu barədə Reuters agentliyi yazıb. 

 

Euromonitor International "Top 100 City Destinations 2019" hesabatına görə, əldə olunan siyahı 2019-cu ilin 12 aydan az müddətə aid məlumatlara əsaslanır.

 

Həmçinin ilk beşliyə Bangkok, Makao, Sinqapur və London daxil olub.

 

Bununla yanaşı, mütəxəssislər Barselona, ​​Milan və Vyananın populyarlığının azaldığını, eyni zamanda Xorvatiya, Sloveniya və İsveçə səyahətlərə tələbatın artdığını qeyd edirlər.

 

Qeyd edək ki, 2019-cu ildə dünyada ümumi səyahətlərin sayı təxminən 1,5 milyard olacaq.