Dünyada koronavirusa yoluxanların sayı nə qədərdir?

Dünyada koronavirusdan 1 083 816 nəfər sağalıb, 239 615 nəfər isə ölüb.
 
İndiyədək 3 401 351 nəfərə COVID-19 diaqnozu qoyulub.
 
Ən çox yoluxma halları ABŞ (1 103 781), İspaniya (215 216) və İtaliyada (207 428) qeydə alınıb.
 
Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 122 392 nəfər yoluxub, 3 258 nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı 95 646-dır. Son məlumata görə, bu ölkədə 6 091 nəfər pandemiyanın qurbanı olub.
 
Qeyd edək ki, mayın 1-nə olan məlumata görə, Azərbaycanda qeydə alınmış yoluxma faktlarının ümumi sayı 1 854-dür. İndiyədək ölkəmizdə 25 nəfər virusun qurbanı olub.
 
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.