Dünyada 2 milyard insan çirkli su içir

Dünyada 2 milyard insan hər gün çirkli su içmək məcburiyyətində qalır.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dünya Sağlamlıq Təşkilatının hesabatında bildirilib.
 
Təşkilatın yaydığı yazılı açıqlamada BMT Baş Assambleyası tərəfindən Ətraf Mühit və onun Mühafizəsi Konfransında martın 22-nin Dünya Su Günü kimi qeyd olunması barədə qərar verilməsi vurğulanıb və bu gün sağlam həyat yaşamaq üçün lazımi qədər su ehtiyatının olmadığına diqqət çəkilib.
 
Hesabatda həmçinin qeyd olunub ki, çirkli su istifadə etdikləri üçün hər il 502 min insan həyatını itirir: "2025-ci ildə dünya əhalisinin yarısının su mənbələrinin yetərsiz olduğu bölgələrdə yaşayacağı ehtimal edilir".
 
Dünya Həkimləri Lahiyə Koordinatoru Buse Gizem Danış təmiz su tapmaq üçün insanların yaşadığı çətinliklərdən danışıb: "Əfqanıstanda uşaqlar təmiz su götürmək üçün hər səhər 08:00-da yola çıxır. Bu səfər 6 saat çəkdiyi üçün məktəbə gedə bilmirlər. Hər il 15 uşaq bu səfər zamanı həyatını itirir. Nigerdə isə qadınlar təmiz su tapa bilmədikləri üçün yol kənarlarındakı kanalizasiyaya qarışmış sudan istifadə etmək məcburiyyətində qalırlar".