Dövlət Sərhəd Xidmətinin giziri intihar edib

Dövlət Sərhəd Xidmətinin (DSX) giziri intihar edib. Bu barədə DSX Mətbuat mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, 10 may 2011-ci il tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə özünü asaraq intihar edib. Daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Şəmkir hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görülür.