Dövlət nəqliyyat şirkəti 1,7 milyon dollara ehtiyat hissələrinin satın alındığını elan edib

“Az-Tex-Import” MMC sentyabrın 24-də BakuBus dövlət nəqliyyat şirkətinin istismarında olan İveco markalı avtobusların istismarı üçün tələb olunan ehtiyat hissələrin satınalınmasına dair tenderin qalibi elan edilib.

 

Dövlət satınalmalarının vahid elektron reyestrinin məlumatına əsasən, “Az-Tex-Import” MMC-nin tender təklifinin dəyəri 2 mln. 888,5 min manat (1 mln. 699,1 min dollar) təşkil edib. Tədarükün müddəti barədə məlumat verilmir.