Dövlət Dumasının deputatı : Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır

Rusiya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsi ilə əlaqədar bir açıqlama verib. Turan agentliyinə göndərilən bəyanatın mətnində deyilir:

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar yolu ilə həyata keçirilməli olduğu mövqeyində dayanıb və indi də bu mövqedədir. Ancaq hər iki tərəf danışıqlara meylli olmalıdır.

Amma  və son zamanlar Ermənistanın rəsmi orqanlarının hərəkətlərinin  sülh danışıqları prosesinin pozulmasına  və münaqişənin böyüməsinə gətirib çıxaracağıni müşahidə edirdik. Nəticə çox ğözlətmədi.  Danışıqlar pozuldu. Dağlıq Qarabağla sərhəddə genişmiqyaslı hərbi əməliyyatlar başladı.

Fikrimcə, münaqişəyə son qoymağın yeganə yolu Ermənistan tərəfindən heç bir şərt qoyulmadan işğal altındakı torpaqlardan bütün hərbi qüvvələrin çıxarılması və sülh prosesinə başlanmasıdır - qaçqınların Dağlıq Qarabağ torpağına qaytarılması və bu ərazinin Azərbaycan daxilində taleyini təyin edəcək bir referendum keçirilməsi. Heç kimin qan tökülməsinə, Qafqaz bölgəsindəki gərginliyə ehtiyac yoxdur. Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün beynəlxalq hüquq çərçivəsində görülən tədbirlər, şübhəsiz ki, həm Rusiya, həm də bütün dünya birliyi tərəfindən dəstəklənəcəkdir”