Donald Tramp Rusiyaya: Amerika raketlərini vurmağa hazırlaşın

''Heyvanla əməkdaşlıq etmək lazım deyil''

ABŞ prezidenti Donald Tramp Rusiyanı Suriya üzərində amerikan raketlərini vurmaq üçün hazır olmağa çağırıb.

D.Tramp bu barədə Tvitterdə yazıb.

“Rusiya and içib ki, Suriya üzərində istənilən raketi vuracaq. Belə olan halda belə raketlərin olmasına hazırlaşsın. Siz öz vətəndaşlarını qazla öldürən və bundan ləzzət alan heyvanla əməkdaşlıq etməyin”.

D.Tramp Rusiyanın Livanda səfirinin ABŞ-ın Suriyada güc tətbiq edəcəyi təqdirdə atəş nöqtələrini susdurmaq və raketlərini vurmaq hüququnu özündə saxladığını bəyan edib. Bununla belə səfir belə bəyanatla çıxış etməyə kimdən səlahiyyət aldığını deməyib.

Aprelin 6-da Bəşər Əsədə tabe olan hərbi qüvvələr Duma şəhərinin azad edilməsinə başlayıblar. Bu Şəriq Qutada Əsədin nəzarət etmədiyi sonuncu məntəqədir. 
Sonradan Reuters agentliyi məlumat yayıb ki, Duma şəhərinə xlor bombası atılıb və sinir qazından istifadə edilib.

D.Tramp aprelin 11-i axşama qədər rəsmi Dəməşqin cəzalandırılması ilə bağlı elan verəcəyini söz vermişdi. Suriya ona qarşı olan ittihamları rədd edir. Rusiya isə Suriyaya zərbələrin endiriləcəyi təqdirdə ciddi fəsadların olacağı barədə xəbərdarlıq edib.

meydan.tv