Donald Tramp barəsində saxlanılma qərarı çıxarıldı

İraqın paytaxtı Bağdad şəhərindəki Rusafa İstintaq Məhkəməsi ABŞ Prezidenti Donald Tramp barəsində xüsusi qərar çıxarıb.

 

Bu barədə məhkəmədən verilən rəsmi açıqlamada bildirilir.

 

Vurğulanır ki, ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusunun Qüds briqadalarının sabiq komandanı, general-mayor Qasim Süleymani və İraqın "Həşd Şabi" hərəkatının Baş katibinin müavini Əbu Mehdi əl-Mühəndisin öldürülməsinə görə saxlanılması qərarı çıxarılıb.