Dəməşq: ABŞ və Türkiyə qoşunlarını Suriyadan çıxarmalıdır

Vaşinqton və muzdlularının hərəkətlərinin müharibə cinayəti olduğunu vurğulayan Suriya Xarici İşlər Nazirliyi Türkiyə və ABŞ əsgərlərinin bu ölkəni tərk etməli olduğunu vurğulayıb.

Suriya Xarici İşlər Nazirliyi şənbə günü axşam Amerika terrorçu qüvvələrinin və onların kürd silahlılarının Həsəkə vilayətində hərəkətlərini pisləyib. Dəməşq açıqlama verərək, amerikalıların və onlara bağlı qurumların hərəkətlərinin minlərlə Suriya vətəndaşını Həsəkədə köçkün vəziyyətinə saldığını və problemləri daha da artırdığını vurğulayıb. Suriya Xarici İşlər Nazirliyi həmçinin ABŞ qoşunlarının şimal-şərqdən, türk qoşunlarının isə şimal-qərbdən çıxarılmasını istəyib. Suriya ABŞ və onların kürd silahlılarının hərəkətlərinin müharibə və insanlığa qarşı cinayət olduğunu bildirib. Dəməşq BMT və digər insan haqları təşkilatlarını evlərini tərk etmək məcburiyyətində qalan minlərlə suriyalı ailəyə kömək etməyə çağırıb. Suriya Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyi, Suriyanın şimal və şimal-şərqində günahsız mülki insanları qorumaq üçün üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir.

Türkiyə PKK təhlükəsini aradan qaldırmaq bəhanəsi ilə Suriyadakı mövcudluğunu davam etdirir. ABŞ həmçinin Suriyanın şərqində və şimal-şərqində neft və ehtiyatları talamaq üçün Suriyadadır. Bu kontekstdə Suriya mediası dünən İŞİD ünsürlərinin Həsəkədəki Səna həbsxanasına hücum edərək, silahlılarını qaçırmağa çalışdığını açıqlayıb. Bu həbsxanaya ABŞ və onun muzdluları nəzarət edir. Mütəxəssislər və analitiklər ABŞ-ın Suriya və İraqda İŞİD-ə dəstəyi ilə bağlı dəfələrlə məlumat veriblər. İŞİD ünsürlərinin bu hərəkəti əvvəllər də olub. Keçən ilin aprel ayında bu terror təşkilatının ünsürləri Həsəkənin ən böyük həbsxanasında üsyan və xaosa başlamışdılar.