Din xadimi Hindistanda məscidlə bağlı məsələyə öz fikirlərini bildirdi

Operativ.tv Sirat-a istinadən xəbər verir ki, Hindistanlı İslami din xadimi Jianvapi məscidinin ətrafında rezonans doğuran məsələ ilə bağlı öz fikirlərini bildirib. Bu barədə 19 may tarixində İslamNews xəbər verib.

“Məscidin ərazisində hindu dini atributlarının aşkar edilməsində təəccüblü heç nə yoxdur, çünki Hindistanda bir çox məscidlər əvvəl hindu məbədi olub. Sonradan yerli əhali kütləvi İslam dinini qəbul edib. Bu məbədlər sökülməyib, insanlar onları məscidə çeviriblər”, – deyə din xadimi bildirib.

Qeyd edək ki, sözügedən məsciddə hindu tanrısı Şiva ilə bağlı dini əmanətlər aşkar edilib. 5 yerli hindu qadın məscidin ərazisində hindu ayinlərini yerinə yetirməyə icazə verilməsi tələbi ilə məhkəməyə müraciət edib. Qadınlar iddia edirlər ki, tarixi məscidin yerində vaxtilə hindu məbədi olub. Hakim hinduların iddiasını nəzərə alıb 16 may tarixində ölkənin şimalında ən məşhur tarixi məscidlərdən biri olan Jianvapi məscidində 20-dən çox insanın toplaşmasını qadağan edib. Bu hadisə müsəlmanların narazılığına səbəb olub. Bir gün sonra məhkəmə qoyulan qadağanı ləğv edib.