DİN Saatlıda baş verən qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi martın 7-də Saatlıda baş vərən qətllə bağlı məlumat yayıb.

 

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonunun Qara Nuru kənd sakini Paşa Qardaşov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıb.

 

Araşdırma aparılır.