DİN rəsmisi sosial şəbəkələrdə yayılan iddiaları təkzib etdi

DİN rəsmisi sosial şəbəkələrdə yayılan iddiaları təkzib etdi

Mayın 25-31-də Bakının mərkəzi küçələrinin azərbaycan vətəndaşlarının üzünə bağlanacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı Daxili İşlər Nazirliyi təkzib edib.

 

DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Meydan TV-yə belə bir açıqlama vermədiklərini söyləyib.

 

Dövlət Yol Polisi İdarəsinin dünən yaydığı məlumatda isə vətəndaşlara tövsiyə edilir ki, həmin ərəfələrdə mərkəzi küçələrdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər.

Facebook