DİN pikapları sahiblərinə qaytarıb

Azərbaycan DİN qeydiyyat üçün müvəqqəti götürülmüş pikap və yolsuzluq avtomobillərini sahiblərinə qaytarıb. Bu barədə Baş Yol Polisi İdarəsinin nümayəndəsi Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, maşınlar gələcəkdə hərbi məqsədlə istifadə üçün qeydiyyata götürülüb. Bu tədbirlər hərbi texnikanın qeydiyyata alınması ilə bağlı Nazirlər Kabinetinin 2006-cı il qaydaları çərçivəsində həyata keçirilib.

Avtomobillərin diaqnostikasından sonra onlar sahiblərinə qaytarılıb, -K.Əliyev bildirib.

Xatırladaq ki, polis sentyabrın 21-də ölkənin bütün yollarında avtomobilləri açıqlama vermədən götürməyə başlayıb. Məhz nə qədər maşının götürüldüyü açıqlanmır.