DİN: Ötən gün axtarışda olan 35 nəfər saxlanılıb

Ötən gün ərzində törədilmiş 6 cinayətin üstü daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb. 

 

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. 

 

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölmüş, 2 nəfər xəsarət alıb. 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib. 

 

Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb.