Deyr əz-Zordakı ABŞ bazasında partlayış olub

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, bazar ertəsi gecə Suriyanın şərqindəki Deyr əz-Zordakı ABŞ hərbi bazasında çoxsaylı partlayışlar baş verib.
ABŞ ordusu və onun terrorçu ünsürləri uzun müddətdir ki, Suriyanın şimal və şərqində qeyri-qanuni şəkildə mövcuddur və ölkənin neft ehtiyatlarını və taxıllarını talamaqla yanaşı, sakinlərə və Suriya qüvvələrinə qarşı tədbirlər görür.
Yerli mənbələr ABŞ terrorçularının Deyr əz-Zorun şərqindəki “əl-Ömər” neft yatağında yerləşən hərbi bazasında ən azı iki güclü partlayış səsinin eşidildiyini qeyd ediblər.
Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya məxsus helikopterlər Suriya, İordaniya və İraqın sərhəd üçbucağında Əl-Tanf bölgəsi yaxınlığında uçuşlar həyata keçirib.
Əl-Tanf bölgəsi Suriyanın ən mühüm və strateji bölgələrindən biridir.
Bu ərazi üç ölkə Suriya, İraq və İordaniya arasında ortaq sərhəd nöqtəsidir. Amerika qondarma beynəlxalq anti-İŞİD koalisiyasını yaratdıqdan sonra bu bölgəni işğal etdi və orada hərbi baza qurdu.
Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, İŞİD terror təşkilatının ünsürləri bu bazada amerikalı hərbi təlimatçılar tərəfindən hazırlanır.
Rusiya Müdafiə Nazirliyi bu yaxınlarda Suriyadakı Amerika qüvvələrinin əl-Tanf bölgəsində terrorçulara təlim keçdiyini açıqlayıb.