Deputat sənaye parklarının daha 3 il müddətə vergidən azad edilməsinə qarşı çıxıb

"Son vaxtlar Azərbaycanda bir neçə sənaye parkları istifadəyə verilib. Həmin sənaye parkları 7 il müddətinə vergidən azad edilib. Amma İqtisadiyyat Nazirliyi sənaye parklarının daha 3 il müddətə vergidən azad edilməsini istəyir. Fikrimcə, 7 il kifayətdir ki, həmin sənaye parkları işləsin və dövlət büdcəsinə vergi ödəsin”.

Operativ.tv xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat Azərbaycanda gəlir deklarasiyası haqqında qanundan irəli gələn normativ sənədlərin hazırlanmasını təklif edib: “Biz 10 ildən çoxdur, qanun qəbul etmişik, həmin qanuna əsasən normativ sənəd hazırlanmalıdır. Mən Baş Nazirdən xahiş edirəm ki, o sənəd hazırlansın və gələn ilin yanvarından qüvvəyə minsin”.