Deputat: Saakaşvili ölüm astanasındadır

“Mixeil Saakaşvilinin hərarəti 38 dərəcə, təzyiqi 170-dir, yemək və dərman qəbul edə bilmir, yataqdadır”.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə “Milli Hərəkatın” deputatı, dövlət mühafizəsinin xüsusi xidmətinin keçmiş rəhbəri Temur Canaşia Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşviliyə “Vivamed” klinikasında baş çəkdikdən sonra məlumat verib.

Onun sözlərinə görə, “Saakaşvili ölüm astanasındadır”.

“Ünsiyyət qura bilmir, çox az danışdıq, söhbət zamanı yorulur və ölüm astanasındadır, bu normal hal deyil. Onun dərman qəbul edə bilməməsinin səbəbi səhhətinin vəziyyətidir. Amerikalı həkim Kobiyi gözləyir”, – Temur Canaşia bildirib.