Deputat: Qubadlıda tabor komandiri şəhid olub

Azərbaycan Ordusunun zabiti, tabor komandiri Qubadlıda minaya düşüb.

Bu barədə deputat Qənirə Paşayeva “facebook” hesabında məlumat yayıb.

O bildirib ki, Qubadlı istiqamətində Azərbaycan Ordusunun tabor komandiri mayor Sərxan Muxtarov mina partlayışı nəticəsində həlak olub.

Milli Məclisin komitə sədri Qənirə Paşayeva bununla bağlı zabitin ailəsinə başsağlığı da verib: “Nur içində yatsın. Vətən üçün yaşayanlar və həyatını fəda edənlər heç zaman unudulmurlar!” - deyə deputat qeyd edib.