"Demokratiya 1918" Hərəkatı MBH-yə qarşı başladılan siyasi basqıları qınadı

"Demokratiya 1918" Hərəkatı son dövrlər Müsəlman Birliyi Hərəkatına qarşı başladılan siyasi basqıları qınadı. Hərəkat rəsmi səhifəsində mövzu ilə bağlı bəyanat yaydı. Bəyanatda deyilir:

"Son günlər Müsəlman Birliyi Hərəkatına siyasi təzyiqlər artmaqdadır. Üzvləri naməlum şəkildə oğurlanır , fiziki və psixoloji zorakılığa məruz qalırlar. Eyni zamanda MBH sədri Hacı Tale Bağırzadə 12 gündür ki, aclıq aksiyası keçirir.

Demokratiya 1918 Hərəkatı olaraq Müsəlman Birliyi Hərəkatına qarşı başladılan siyasi basqılara son qoyulmasını tələb edirik!"