Demokratik ölkənin dövlət katibi jurnalisti `razborka`ya çağırdı

"National Public Radio" xəbər verir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo radiostansiyasının jurnalisti Meri Luiz Kellini, Mari Yovanoviçin ABŞ-ın Ukraynadakı səfiri vəzifəsindən azad edilməsi ilə əlaqədar verdiyi sualları cavablandırmaqda həddindən artıq israr etdiyinə görə cəzalandırmaq qərarına gəlib.

 

Jurnalistin sözlərinə görə, dövlət katibi Yovanoviçin işdən çıxarılması şərtləri ilə bağlı suallara cavab verməkdən imtina edib və bunun söhbət mövzusuna aid olmaması ilə izah edib. İddiaya görə, əsas söhbət İranın problemləri ətrafında qurulub. Amma Kelli söhbətin yalnız bir mövzu ilə məhdudlaşdığını inkar edir.

 

Jurnalisti bir sual maraqlandırıb - dövlət katibi diplomat Yovanoviçi Ukraynadakı səfir kimi Prezident Tramp qarşısında necə müdafiə etməyə çalışıb. Kelinin sözlərinə görə, Ukrayna ilə bağlı suallardan sonra danışıq dərhal başa çatıb.

 

Jurnalist bildirib ki, Pompeo ayağa qalxıb, bir neçə saniyə ona baxıb və sonra studiyadan çıxıb. Daha sonra jurnalisti diktafonsuz şəkildə digər otağa dövlət katibi ilə söhbətə çağırıblar: "Orada mənə ədəbsiz dillə müsahibənin davam etdiyi müddət qədər də qışqırdı".

 

Kelli bildirib ki, Pompeo ona qışqıraraq, "Ukraynanın yerini coğrafi xəritədə göstərə bilərsən", - deyə sualı verib: "Mən Ukraynanaın yerini xəritədə göstərdim, sonra o, işi olduğunu bildirərək getdi."