De Byazinin millimizdəki taleyinə aydınlıq gələcək gün bilindi

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, toplantı dekabrın 2-də keçiriləcək.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazinin hesabatının dinlənilməsi və baş məşqçi məsələsi ilə bağlı müzakirə;
2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi (Texniki direktor Cahangir Həsənzadə tərəfindən təqdimat);
3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının inşasının təsdiqi;
4. Bölgələrdə futbol klublarına dəstək fondunun təsis olunması;
5. Digər məsələlər.