Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

ABŞ vətəndaşı Luiza Qlyuk Ədəbiyyat üzrə 2020-ci ildə Nobelə mükafatına layiq görülüb.

Məlumatı Nobel Komitəsi yayıb.

Qeyd edək ki, amerikalı şair Luiza Qlyuk (ingiliscə Louise Elisabeth Glück) 1943-cü il aprelin 22-də ABŞ-ın Nyu-York ştatında Avstriya-Macarıstandan çıxan yəhudi ailəsində anadan olub. O, ABŞ Filosoflar Cəmiyyətinin üzvüdür.