Daha bir sosial şəbəkə Trampın hesabını blokladı

"Youtube" sosial şəbəkəsi də Donald Trampın hesabına qadağa qoyub
 
Bu barədə yerli vaxtla yanvarın 12-də CNN məlumat verib. 
 
Video platforma fəaliyyətdə olan ABŞ prezidentinin hesabının bloklanmasına səbəb kimi onun bəyanatlarının Kapitolidəki zorakılıqlara gətirib çıxarmasını 
 
göstərib. 
 
"Youtube" Trampın hesabına qoyulan qadağanın ən azı Co Baydenin andiçmə mərasiminin baş tutacağı 20 yanvar tarixinədəki qüvvədə qalacağını bəyan edib. 
 
Şirkətdən bildirilib ki, bu müddət ərzində kanala yeni məzmun yükləmənin qarşısı alınacaq və videoların altındakı şərhlər həmişəlik silinəcək.