Daha bir MBH üzvü həbs olundu

Müsəlman Birliyi Hərəkatının üzvü Hikmət Ağayev həbs olunub.

Operativ.tv xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.

Məlumatda vurğulanır ki, Hikmət Ağayev imkansız ailələrə mütəmadi olaraq yardımlar edib.

Qeyd olunur ki, Hikmət Ağayev 25 sutka müddətinə inzibati qaydada həbs olunub.

Yaxınları həbsinin qanunsuz olduğunu bildirirlər.