Daha bir jurnalist başından vurularaq öldürüldü

Meksikanın Tixuana şəhərində daha bir jurnalist güllələnib.

"Unikal" xəbər verir ki,  jurnalist Lourdes Mandonado Tixuanadakı evinin qarşısında park edilmiş avtomobilində başından güllə yarası alaraq ölüb.

Qətl 49 yaşlı meksikalı fotojurnalist Marqarito Martinezin Tixuanadakı evinin qarşısında başından vurularaq ölməsindən bir neçə gün sonra baş verib. Maldonado bu il Meksikada öldürülən üçüncü jurnalist olub.

Qeyd edək ki, 2000-ci ildən 2021-ci ilə qədər Meksikada 145 jurnalist qətlə yetirilib.