Daha bir inanclı saxlanıldı

Daha bir inanclı saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

Operativ.tv xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Məlumata görə, Elvin Mürvətoğlu adlı inanclı Azərbaycana qayıdarkən Bakıdakı Heydər Əliyev adına hava limanında saxlanılıb.

 

Onun hara aparılması barədə hələ ki, dəqiq məlumat yoxdur.

 

Qeyd edək ki, yaxınları Elvin Mürvətoğlunun Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və digər siyasi məhbuslar haqqında mahnılar səsləndirdiyi üçün saxlanıldığını güman edirlər.