Daha bir cəbhəçi İnsan Alverinə qarşı Mübarizə İdarəsinə çağırılıb

AXCP Ali Məclisinin üzvü Nicat Abdulla bu gün  saat 15.00 üçün İnsan Alverinə qarşı Mübarizə İdarəsinə çağırılıb. Bununla bağlı Nicat Abdullaya idarədən rəsmi çağırış vərəqəsi təqdim edilib.

Qeyd edək ki, 16-17 apreldə AXCP Rəyasət Heyətinin üzvləri Emil Səlimov və İlham Hüseyn də DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə çağrılıb və şahid qismində dindiriliblər.

azadliq.info