D18 hərəkatının həbsdə olan üzvü aclıq aksiyasına başladı

Həbsdə olan D18 Hərəkatının üzvü "Korrupsiyaya yox de" səhifəsinin əməkdaşı Cəlil Zabidov Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb.

 

Bu barədə D18 Hərəkatının Başqan əvəzi Samirə Ağayeva məlumat verib.

 

Samirə Ağayeva açıqlamasında bildirib ki, may ayında 5 ay müddətinə azadlıqdan məhrum olunan Cəlil Zabidov haqqında artıq ikinci cinayət işinə baxılır və 12 oktyabrda Yardımlı rayon məhkəməsinin hökmü gözlənilir.

 

İkinci cinayət işi xüsusi ittiham qaydasında başlanıb. Güman olunur ki, oktyabrda bitən birinci cinayət işi üzrə çıxarılan hökmün müddəti bitənə qədər yeni azadlıqdan məhrum olunma cəzasına məhkum olunacaq.

 

Cəlil Zabidov həbsdə olan müddətdə işgəncələrlə də üzləşib.