D18 Hərəkatının İdarə heyətinin üzvü Zaur Rövşənli Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.
Bu barədə hərəkatın sədr müavini, hüquq müdafiəçisi Samirə Ağayeva feysbukda məlumat yayıb.
"Bu gün 14.10-da Hərəkatın İdarə Heyətinin üzvü Zaur Rövşənli Bakı şəhər Baş polis idarəsinin İctimai Təhlükəsizlik Şöbəsinə çağırılıb”, – deyə Ağayeva qeyd edib.
O həmçinin bildirib ki, üzvlərin polisə çağırılmasının səbəbi iyun ayının 26-da Fəxri Xiyabanda keçiriləcək ziyarətlə bağlı ola bilər: ”Qeyd edim ki, D18 Hərəkatı hər il olduğu kimi bu il də Ordu günündə Fəxri Xiyabanda dəfn olunan şəhidlərin məzarlarını ziyarət edəcək.”
İyunun 24-də D18 Hərəkatının başqanı Ruslan İzzətli də Bakı Şəhər Polis İdarəsinə çağırılıb.
O, sosial şəbəkədə yaydığı məlumatda bildirib ki, hazırda ABŞ-da səfərdədir və bir həftəyə ölkəyə qayıdacaq.
D18 Hərəkatının daha bir üzvü polisə çağırıldı
Oxşar xəbərlər