“Con Bolton həbsdə olmalı idi” - Tramp

ABŞ Prezidenti Donald Tramp keçmiş müşaviri Con Boltonun həbs edilməli olduğunu bildirib.

Operativ.tv xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb. Buna səbəb kimi Tramp Boltonun gəlirlərini artırmaq üçün məxfi materialları satmaq istəməsini göstərib. Onun sözlərinə görə, keçmiş müşaviri hazırda həyatının “ən dibində” yaşayır.

“Nəticədə mən onu bağışladım – amma bu ədalətli deyildi”, - deyə Tramp qeyd edib.

Qeyd edək ki, Con Bolton 2019-cu ilin oktyabrında milli təhlükəsizlik üzrə müşavir postundakı işləri barədə kitab yazmaq niyyətində olub. Tramp isə bundan bir ay əvvəl fikir ayrılıqları səbəbindən Con Boltonu istefaya göndərmişdi. Prezident administrasiyası xatirələrin yazılmasını qadağan etməyə cəhd etsə də, məhkəmə kitabın nəşrinə qərar vermişdi.