Cənubi Qafqazda ən çox koronavirusa yoluxma Ermənistanda qeydə alınıb

Azərbaycanda 28 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Aprelin 26-da Azərbaycanda 28 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Məlumatı Nazirlər Kabineti yanında operativ qərargah yayıb. Məlumata görə, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırda xəstəxanalarda 485 nəfərin müalicəsi davam etdirilir ki, onlardan 43 nəfərin vəziyyəti ağır və ya orta ağır qiymətləndirilir.

Cənubi Qafqaz ölkələrində aprelin 26-a olan vəziyyətə görə, ən gərgin vəziyyət Ermənistandadır. Hazırda bu ölkədə 885 nəfər xəstəxanalarda müalicə olunur. Gürcüstanda xəstəxanalarda koronavirusa yoluxma ilə bağlı 340 nəfər müalicə olunur.

Ümumiyyətlə 10 milyon əhalisi olan Azərbaycanda bu günə qədər 1645 nəfər koronavirusa yoluxub Bunlardan 1139 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib. 2 milyon 900 min əhalisi olan Ermənistanda 1746 nəfər koronavirusa yoluxub. Bunlardan 833 nəfər sağalıb, 28 nəfər ölüb. 3 milyon 700 min əhalisi olan Gürcüstanda 485 nəfər koronavirusa yoluxub. Bunlardan 139 nəfər sağalıb, 6 nəfər ölüb.