Cənubi Koreya və ABŞ Şimali Koreyanın sınaqlarına cavab olaraq dörd raket buraxıb

Cənubi Koreya və ABŞ Şimali Koreyanın rakit atışına cavab olaraq çərşənbə günü birgə təlimdə dörd yer-yer raketini havaya buraxıb. 

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusuna istinadən xəbər verir. 

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri bildiriblər ki, raketlər saxta hədəfləri dəqiq vurub və müttəfiqlərin gələcək təxribatların qarşısını almaq qabiliyyətini nümayiş etdirib. 

Qeyd olunur ki, raketlərin atışı KXDR-in keçirdiyi ballistik raketin sınağından bir gün sonra baş tutub. 

Çərşənbə axşamı Cənubi Koreya ordusu Pxenyanın orta mənzilli raketi sınaqdan keçirdiyini bildirib. Məlumata görə, atış çərşənbə axşamı səhər Çaqan əyalətinin şimalındakı Mupen-ridən səhər saat 7:23-də baş verib. 

Raket Yaponiya üzərindən təxminən 4,6 min km uçub və Sakit Okeana düşüb.