Əcnəbilərə Məkkəyə icazəsiz giriş qadağan edildi

26 maydan xarici vətəndaşların xüsusi icazə olmadan Məkkəyə girişi qadağan edilir.

Operativ.tv Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə  Səudiyyə Ərəbistanının ictimai təhlükəsizlik üzrə rəsmisi briqada-generalı Sami bin Məhəmməd əl-Şuvayreh məlumat verib.

O bildirib ki, ziyarətləri tənzimləyən təlimatların yerinə yetirilməsi məqsədi ilə Məkkə şəhərinə daxil olmaq istəyən bütün əcnəbilər xüsusi icazə almalıdırlar.

Məkkəyə gedən bütün nəzarət-buraxılış məntəqələrində yoxlamalar aparılır.