Cinsi azlıqların paradı baş tutmadı, polis müdaxilə etdi – “Bura sizin üçün Avropa deyil”

İstanbulda keçirilən LGBT Qürur Paradı üçün Taksimə getmək istəyənlərə polis müdaxilə edib. Onlarla yürüş iştirakçısı saxlanılıb. Müdaxilə zamanı polis Agence France-Presse (AFP) fotomüxbiri Bülent Kılıçı da saxlayıb.

Operativ.tv bu barədə Müstəqilaz -a istinadən xəbər verir.

Ağa Çırağı küçəsində saxlanılanlara ətrafdakı vətəndaşlar qazan-tava ilə səs salaraq etiraz ediblər. Həbslər davam edərkən, bir qrup insan polisin müdaxiləsinə alqışlarla reaksiya verib. Polis məmuru qrupa dağılışmaq üçün xəbərdarlıq edib və əks halda müdaxilə edəcəklərini bildirib.

Türkiyə KİV-lərinin bəziləri aşkar şəkildə bu parada dəstək nümayiş etdirərək polisin müdaxiləsini pisləyib.

İnsanların əksəriyyəti isə polisin bu addımını düzgün hesab edərək, bunun Türkiyənin və türk millətinin mənəvi dəyərlərinə uyğun olmayan yaşam tərzi olduğunu vurğulayıb.”Bura sizin üçün Avropa deyil”