Çindən gələn bağlamalarda virus ola bilərmi? - VİRUSULOQ CAVABLANDIRIB

Teoretik olaraq "AliExpress"dən göndərilən bağlamalar vasitəsilə ölümcül Çin koronavirusu ilə yoluxma şansı var, ancaq poçt vasitəsilə yoluxma halları hələ təsdiqlənməyib. Bu barədə "Lenta.ru"ya virusoloq, Uzaq Şərq Federal Universitetinin Biotəbabət məktəbinin professoru Mixail Şelkanov bildirib.

 

“Daşıyıcı asqırdı - pilləkən tutacağının səthinə damcılar düşdü. Keçdiniz, əlinizlə dəmir barmaqlığa toxundunuz və sonra selikli qişalarınıza toxundunuz: ağız, burun, gözlər. Eyni şey poçtla göndərilən bağlamaların səthində də ola bilər", Şelkanov izah edir. Onun sözlərinə görə, hər hansı bir səthdə yerləşmiş virus iki gün davam gətirə bilər - bu rütubətdən, havanın istiliyindən, həmçinin birbaşa Günəş işığından asılıdır.

 

“Burada hər bir kəs şübhə ilə hərəkət etməlidir. Məsələn, mən özüm də Çindən bağlamalar alıram”, - deyə bildirir. O vurğulayır ki, bu günə qədər bağlama vasitəsilə virusa yoluxma hallarının heç biri təsdiqlənməyib.