Çin təzyiqlər qarşısında İranla birlikdə olduğunu bildirdi

Eastnews.org-un verdiyi xəbərə görə, Çin İranla birlikdə birtərəfli fəaliyyətlər və təqib siyasətinə müqavimət göstərməyə, həmçinin daxili işlərə qarışmamaq prinsipini müdafiə etməyə hazırdır.   Bunu Çinin Xarici İşlər naziri Vanq Yi iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla söhbətində deyib.   Dünən iki ölkənin xarici işlər nazirləri arasında videokonfrans formatında söhbət baş tutmuşdu.