Çin təhlükəsizlik gəmiləri Yaponiyanın ərazi sularına daxil olur

Çinin təhlükəsizlik gəmiləri Şərqi Çin dənizində Yaponiyanın ərazi sularına daxil olub.
Operativ.tv CUMHURİYET-ə istinadən verdiyi xəbərə görə, Çinin sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiya ərazi sularına daxil olduğu bildirilir.
Okinavanın Naha qraflığında yerləşən 11-ci Dairə Sahil Mühafizəsi Qərargahının məlumatına görə, Çinin 2 sahil mühafizə gəmisi Yaponiyanın milli ərazi sularını pozub.
Gəmilər Uotsuri adasından 20 kilometr cənub-qərbə yaxınlaşaraq, Yaponiyanın ərazi sularının əhatə etdiyi mübahisəli ərazidə Yapon balıqçı gəmilərinə yaxınlaşıb.
Qeyd olunub ki, Yaponiya Sahil Mühafizəsi gəmilərinin ərazini tərk etmələri ilə bağlı xəbərdarlıqları nəticəsində Çinə məxsus gəmilər bölgəni tərk edib.
İctimai yayımçı NHK Çin gəmilərinin bu il 11-ci dəfə Yaponiya ərazi sularını pozduğunu açıqlayıb.
Şərqi Çin dənizində Yaponiyanın "Senkaku" və Çinin "Diaoyu" adlandırdığı arxipelaq 5 ada və 3 qayadan ibarətdir.
Qeyd edə ki, heç kimin yaşamadığı arxipelaq iki ölkə arasında uzun müddətdir davam edən suverenlik mübahisələrinə səbəb olur.