Çin-Tayvan gərginliyi davam edir

Operativ.tv Rasthaber- istinadən xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi dünən verdiyi açıqlamada gün ərzində adanın ətrafında Çinə məxsus 29 döyüş təyyarəsi və 6 döyüş gəmisinin göründüyünü açıqlayıb.

Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada, adanın ətrafında görünən təyyarələrdən 13-nün Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırdığı hesab edilən hava və dəniz xəttinin şərqinə uçduğu ifadə edilib. Açıqlamada hava və dəniz nəqliyyat vasitələrinin elektron izləmə cihazları, patrul təyyarələri, gəmilər və yerüstü raket sistemləri ilə izləndiyi bildirilib. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqustun 2 və 3-də Tayvana səfərindən sonra Çin adanın ətrafında hərbi təlimlər keçirib. 6 bölgədə keçirilən təlimlər adanın ətrafında faktiki blokada yaradıb. Çin ordusu avqustun 10-da təlimlərin başa çatdığını açıqlasa da, Tayvan boğazında hərbi patrul fəaliyyətinin davam edəcəyini bəyan edib.

Xatırladaq ki, Pelosi son 25 ildə Çinlə suverenlik münaqişəsində olan adaya səfər edən ABŞ Nümayəndələr Palatasının ilk sədri oldu. 1997-ci ilin əvvəlində Nyut Qinqriç bu missiyada olarkən Tayvana səfər etmişdi.