Çin: NATO təxribat xarakterli hərəkətlərdən çəkinməlidir

Çin Xarici İşlər Nazirliyi NATO-nun Pekinə qarşı mövqeyini tənqid edib.

Operativ.tv Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Çin NATO-nu Çinə qarşı yalan məlumat və təxribat xarakterli bəyanatlar dərc etməyi dərhal dayandırmağa çağırıb. Çin bildirib ki, NATO Avropada gərginliklər yaratdıqdan sonra, hazırda Asiya-Sakit Okean regionunu və bütün dünyanı xaosa sürükləmək niyyətindədir.

O əlavə edib ki, Çin xarici siyasəti sülh əsasında qurulub, başqa ölkələrin daxili işlərinə müdaxilə olunmur. Rəsmi Pekin (Qərb ölkələri kimi) digər ölkələrə birtərəfli sanksiyalar da tətbiq etmir!