Çin: ABŞ Suriya neftinin 82%-ni talayır

Çin Xarici İşlər Nazirliyinin sözçüsü 66 min barel Suriya neftinin amerikalılar və onların muzdluları tərəfindən talan edilməsi mövzusuna toxunaraq bildirib ki, Vaşinqton Suriyanın milli ehtiyatlarını talan etməyi dayandırmalıdır.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin cümə axşamı keçirdiyi mətbuat konfransında ABŞ-ın hələ də Suriya neftini oğurlamağa davam etdiyini deyib.
Van Venbin bildirib ki, Suriyada 2022-ci ilin birinci yarısında gündəlik xam neft hasilatı təqribən 80 min 300 barel təşkil edib ki, bunun da 66 min barrelini amerikalılar və onların muzdluları qarət edib.
O, ABŞ ordusunun Suriyanın neft hasilatının 82%-ni talan etdiyini və avqustun əvvəlindən bu yana 800-ə yaxın neft tankeri oğurlanaraq ABŞ-ın Suriyadan kənardakı bazalarına köçürüldüyünü deyib.