Ceyhun Rzayev polisdən azad edilib

 Mayın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Mingəçevir şöbəsinin fəalı Ceyhun Rzayev Mingəçevir polisi tərəfindən saxlanılmışdı. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Ceyhun Rzayevin saxlanılması ilə bağlı bildirib ki, o narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun barəsində müvafiq araşdırma aparılır. Araşdırma nəticəsindən asılı olaraq əməli tövsif olunacaq.

 Turana istinadən Operativ.tv-nin verdiyi məlumata görə AXCP Mingəçevir şöbəsinin rəhbəri Elşən Abdullayev bu gün R.Rzayevin qanunsuz əməl törətdiyinə dair sübut olmadığından sərbəst buraxıldığını bildirib. AXCP-dən bu da əlavə olunub ki, Ceyhun Rzayev mayın 14-də Bakıda "Kriminal dövlət istəmirik" adlı aksiyasına dəstək olaraq Mingəçevirdə təkadamlıq aksiya keçirərək saxlanılmış və bir müddət sonra isə sərbəst buraxılıb.