Ceyhun Bayramov Tehranda İran Parlamentinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Tehrana səfəri çərçivəsində İran Parlamentinin sədri Məhəmməd-Baqir Qalibafla görüşüb.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, Tehranda səfərdə olan olan Azərbaycan Respublikasının prezidenti Ceyhun Bayramov bu gün İslami Şura Məclisinin (Parlament) “Məşrutə” binasında Məhəmməd-Baqir Qalibafla görüşüb.

Ceyhun Bayramov və Məhəmməd-Baqir Qalibaf bu görüşdə qarşılıqlı əlaqələri və tərəflər üçün maraqlı olan digər məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Ceyhun bayramov iranlı həmkarının dəvəti ilə bu gün səhər Tehrana rəsmi səfərə yollanıb.